Kredit anderraytinq xidməti

Mərkəz tərəfindən sahibkarlıq subyektlərinin və fiziki şəxslərin kredit resurslarına çıxışının dəyərləndirilməsi, onların fəaliyyətinə uyğun bank məhsullarından istifadəsi imkanlarının qiymətləndirilməsi məqsədilə kredit anderraytinq xidməti təklif edilir. Kredit anderraytinq xidməti daxilində kreditləşmə imkanları məhdud olan müştərilərin zamanla kredit imkanlarına əlçatanlığını artırmaq üçün də təkliflər təqdim edilir. 

Kredit anderraytinq xidmətini təklif edən Mərkəz, müştərinin fəaliyyətinin xarakterini, onların gəlirlərinin formlaşmasını, kredit imkanlarından istifadənin müştəri üçün rentabelli olmasını, kredit bazarında ən aşağı faizli və biznesin xarakterinə uyğun resurs mənbələrinə çıxışını təmin edir.