Ölkədaxili əksər banklarda Satış(kredit departamenti) strukturu kreditləşmə prosesi(satış, təhlil, qərar vermə, monitorinq və həttə problemli kreditlərə nəzarət)-nin əsas hissəsinin idarə edilməsini özündə cəmləşdirdi(hətta bəzi banklarda 2022-ci ilə qədər müşahidəçisi olmuşam). Müəyyən limitdən yuxarı rəy verilməsi Risklərin idarə edilməsi departamentinə yönləndirilirdi. Hətta yönləndirilməməsi üçün müştəriyə aşağı limit təqdim edilirdi. Bu proses maraqlar toqquşmasına, daxili və xarici dələduzluq faktlarının artmasına şərait yaradırdı.
Kredit anderraytinqi strukturunun formamlaşdırlması bank aktivlərinin əsas hissəsini təşkil edən kredit portfelində kredit risklərinin minimumlaşdırılması məqsədi daşıyırdı. Habelə Risklərin idarə edilməsi strukturunun I müdafiə xətti olar birbaşa kreditləşmədən portfel yanaşmasında kredit risklərinin idarə edilməsində iştirakına yəni II müdafiə xətti olaraq iştirakına şərait yaratmışdır.
Təqdim etdiyim şəkillərdə Kreditləşmə prosesini və bu prosesdə iştirak edən sturukturların müstəqil olması təsvir etmişəm. Prosesin bu cür təsvirinin aşağıdakı üstünlükləri vardır:
- Kredit itkilərinin ilkin mərhələdə qarşısının alınması;
- Maraq toqquşmasının qarşısının alınması;
- 4 göz prinsipinin "Kredit mütəxəssisi" və "Anderrayter" olaraq qorunması;
- Mərkəzləşdirilmiş rəy sisteminin formalaşdırlması;
- Risklərin idarə edilməsi strukturunun portfel risklərinin idarə edilməsi və II müdafiə xətti strukturu olaraq iştirakının təmin edilməsi;
- Bankdaxili mərkəzləşdirmiş bençmarkinqin formalaşdırlması;
- Anderraytinq standartlarının formalaşdırılması;
- Kredit komitələrində kredit mütəxəsisinin "müştəri müdafiəçisi" və anderrayterin isə "Risk minimallaşdırıcı kimi" formalaşması;
- Komitələrin qərarvermə vaxtının azalması və dəqiqliyinin artması.
Habelə, Kredit anderraytinqi strukturundan monitorinq və problemli kreditlərin təqibinin ayrı olması ilkin təhlil və anderraytinq prosesində buraxılmış səhvlərin qiymətləndirilməsinə və nəticə çıxarılmasına müsbət təsir göstərir.
Əlavə: Əməkdaşı olduğum ilk Bankda(DəmirBank), Kredit anderraytinqi departamentinin yaradılmasında birbaşa iştirak etmişəm (əsasnamə, qayda, prosedur və metodologiya yazılması), ilk əməkdaşlarından biri olmuşam(2012). Digər işlədiyim banklarda isə tərəfimdən Kredit anderratinqi(təhlili) strukturunun yaradılması üzrə təkliflər irəli sürülmüş və rəhbərliyin qərarı ilə yaradılmışdır(AFB,TuranBank,Premium Bank və.s).
Məqalənin müəllfi: Elnur Vəliyev