Mərkəz tərəfindən sahibkarlıq subyektlərinin investisiya təşəbbüslərinin qiymətləndirilməsi, onların investisiya fəaliyyətinin sabit gəlirli alternativ yerləşdirmələrdən üstün olmasını müəyyən etmək, habelə investisiya təşəbbüslərini reallaşdırmaq məqsədilə ehtiyac duyulan maliyyə mənbələrinə çıxışı təmin edilməsi məqsədilə dövlət ve qeyri-dövlət maliyyə fondlarının tələbləri daxilində biznes planların hazırlanmasını həyata keçirir. Biznes planlar əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Zəmanət Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və digər maliyyə fondlarından vəsait cəlb etmək və ya güzəşt əldə edilməsi məqsədilə istifadə olunur.