Mərkəzin təlimçiləri və dəvət olunmuş şəxslərlə birlikdə aktual mövzuların müzakirəsi, ölkə səviyyəsində bank və qeyri-bank kredit təşkilatları üzrə yeni layihə kimi təklif edilmiş normativ aktlara, habelə qüvvədə olan normativ aktlara dair risklərin idarə edilməsi mövqeyindən müvafiq orqanlara təkliflər verilməsi, habelə təlimlərin praktiki əhəmiyyətinin artırılması istiqamətində mütəmadi müzakirələrin aparılması üçün nəzərdə tutulmuş tədbirdir.
Mərkəz daxilində yerləşən «Risk Menecment Klub»da xüsusilə risklərin idarə edilməsi, daxili nəzarət, anderraytinq, komplayens, vergi, mühasibatlıq və s. sahələri üzrə yeniliklərin öyrənilməsi, bank və maliyyə sektorunda tətbiqində yardımçı olunmasına hədəflənmişdir.