"Banking and Financial Traning Center" MMC (BF) bank və maliyyə fəaliyyəti sahəsi üzrə nəzəri və praktiki təlimlərin keçirilməsi, peşəkar kadrların hazırlanması və qeyd olunan sahələr üzrə konsaltinq xidmətləri göstərilməsi məqsədilə yaradılmışdır. BF tərəfindən təşkil olunmuş təlim növləri üzrə müəyyən edilmiş keçid faizindən yuxarı nəticə toplamış şəxslərə müvəffəqiyyət sertifikatları, aşağı nəticə toplam
...
"Banking and Financial Traning Center" MMC (BF) bank və maliyyə fəaliyyəti sahəsi üzrə nəzəri və praktiki təlimlərin keçirilməsi, peşəkar kadrların hazırlanması və qeyd olunan sahələr üzrə konsaltinq xidmətləri göstərilməsi məqsədilə yaradılmışdır. BF tərəfindən təşkil olunmuş təlim növləri üzrə müəyyən edilmiş keçid faizindən yuxarı nəticə toplamış şəxslərə müvəffəqiyyət sertifikatları, aşağı nəticə toplamış şəxslərə isə iştirakçı sertifikatları təqdim edilir. BF tərəfindən aşağıda qeyd olunmuş sahələr üzrə fərdi və qrup şəklində olmaqla standart və şəxsi tələblərə uyğun olaraq təlim proqramı təqdim etməyi nəzərdə tutur.
Təlimlər aşağıdakı istiqamətləri əhatə edir:
• Bank inzibatçılarının attesstasiyası üzrə;
• Risk mütəxəssislərinin hazırlanması üzrə;
• Komplayens mütəxəssislərinin hazırlanması üzrə;
• Anderraytinq mütəxəssislərinin hazırlanması üzrə;
• Kredit mütəxəssislərinin satış və təhlil qabiliyyətinin artırılması;
• Müştəri xidmətləri üzrə mütəxəssislərin hazırlanması;
• İnsan resursları mütəxəssislərinin hazırlanması;
• Digər fərdi tələblər üzrə mütəxəssis və sahə üzrə istiqamətlənmiş təlimlər.
Mərkəzin fəaliyyətinin başlıca məqsədlərindən biri kimi işsizliyin aradan qaldırılması istiqamətində dövlət proqramlarına dəstək vermək, daimi olaraq açılmış vakansiyaları analiz etmək və bu istiqamətdə kadrların hazırlanması məqsədilə təlimlər təşkil etməkdir. Mərkəzdə keçirilmiş təlimlərdən müvəffəqiyyət əldə etmiş şəxslərin açılmış vakansiyalara yerləşdirilməsi istiqamətində dəstək göstərilməsi də xidmətlərə daxildir.
Konsaltinq fəaliyyəti istiqamətində isə Mərkəz, bank və maliyyə sahəsində fəaliyyət göstərən biznes subyektlərinə aşağıdakı xidmətləri təklif edir:
• Biznes planların hazırlanması;
• Vergi, mühasibat və kadrlar uçotu təşkili;
• Kredit anderraytinqi fəaliyyəti;
• Biznes proseslərin hazırlanması.
BF tərəfindən risklərin idarə edilməsi sahəsində təcrübələrin öyrənilməsi və bölüşdürülməsi məqsədilə “Risk Menecment Klub” təsis edilmişdir. Klub vasitəsilə requlyativ( və ya normativ) aktların müzakirəsi, praktiki təcrübələrin bölüşdürülməsi və təkliflərin verilməsi nəzərdə tutulur.
Mərkəz tərəfindən bank və maliyyə fəaliyyəti sahəsi üzrə elmi və praktiki araşdırmaların aparılması, əldə edilmiş nəticələrin müvafiq üsul və vasitələrlə ictimaiətə çatdırılması nəzərdə tutulur.